9, 10 və 11 may qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar həftənin şənbə və bazar günlərinin qrafiki əsasında hərəkət edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, sərnişinlər hərəkət qrafiklərini səhmdar cəmiyyətin saytında və ya "ADY Mobile" tətbiqində görə bilərlər.