Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

BUTA.TV Unikal.az-a istinadla xəbər verir ki, ötən gecə 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.