25 yaşlı gənc iş yerində öldü
Tərtərdə gənc oğlan iş yerində ölüb.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisindəki bağda qeydə alınıb.
Orada işləyən Yevlax rayon sakini 25 yaşlı Dünyamin Ayaz oğlu Hümbətov asma bronxid xəstəliyindən ölüb.
Araşdırma aparılır.