Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev X hesabında paylaşım edib.

Qeyd edilib ki, 18 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.

Bildirilib ki, 2022-ci ildən bu günədək ümumilikdə 594 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.

Səfir göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.