Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova tutduğu vəzifəni tərk edib.

BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Xatırladaq ki, Nəcibə Nəsibova 1992-ci ildən müşavir vəzifəsində çalışırdı.

Qeyd edək ki, artıq Nəcibə Nəsibovanın yerinə təyinat olub. Onu Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov əvəzləyib.