Mərkəzi Bankda yeni təyinat oldu
Azərbaycan Mərkəzi Bankının (AMB) Data departamentinə yeni direktor təyin edilib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu vəzifə Elmir Həsənliyə həvalə olunub.
O, indiyə qədər həmin departamentin Data əməliyyatları və Analitika şöbəsinin rəisi vəzifəsində, ondan əvvəl isə müxtəlif kommersiya banklarında çalışıb.