Maşın yoldan çıxaraq reklam lövhəsinə çırpıldı - Video
Göygöl rayonunda sürücü idarəetməni itirərək avtomobilini reklam lövhəsinə çırpıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə Gəncə - Göygöl magistral avtomobil yolunda qeydə alınıb.
Azər Verdiyev "Ceat" markalı maşını yüksək sürətlə idarə edərkən maşını reklam lövhəsinə çırpıb. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub.
Qəzanın dəqiq səbəbləri araşdırılır.