Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova vəfat edib.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, o, 44 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Əhmədova 2024-cü ildən Nizami Tibb Mərkəzində ümumi cərrah olaraq fəaliyyət göstərirdi.