Cənubi Kipr Prezidenti Nikos Xristodulides ilk dəfə Qazaxıstana səfər edib.

BUTA.TV xəbər verir ki, o, səfər çərçivəsində paytaxt Astanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşüb.

Qazaxıstan və Cənubi Kipr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.