Rusiya hücumu nəticəsində Ukraynanın Sum vilayətinin Şostka rayonunun Yampol kəndində 2 nəfər ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə Sum vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov Teleqram kanalında bildirib.

"Düşmən Yampol icmasının mərkəzi hissəsinə hücum edib, nəticədə 2 nəfər ölüb. Yaralanan 4 qadın isə xəstəxanaya çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir", - o yazıb.

O.Qriqorovun sözlərinə görə, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir, hücumun bütün təfərrüatı və nəticələri araşdırılır.