Bu gün Xorvatiyanın İstriya bölgəsində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, məlumatı Xorvatiya mediası yayıb.

Bildirilib ki, qəza nəticəsində 4 nəfər ölüb. İki nəfərin axtarışı isə davam edir.

Təyyarənin Almaniyadan havaya qalxdığı vurğulanıb.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.