Yevlaxda keçmiş bələdiyyə üzvünün meyiti tapılıb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, 1971-ci il təvəllüdlü Habil Məhəmməd oğlu İsmayılovun meyiti kənd ərazisində aşkarlanıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Habil İsmayılov vaxtilə kənd bələdiyyəsinin üzvü olub.

Faktla bağlı Yevlax Şəhər Prokurorluğunda araşdırma başlanılıb.