Filologiya elmləri doktoru, dosent Kamil Adışirinov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinə direktor təyin edilib.

BUTA.TV Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə akademiyanın prezidenti, akademik İsa Həbibbəyli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əvvəlki direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü aprelin 28-də vəfat edib.