Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub.

BUTA.TV Unikal-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Minaxanım Əfqan qızı Hacıyeva DMA-nın Bakı Peşə Hazırlığı Mərkəzi Publik Hüquqi Şəxsin Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri təyin edilib.