Bakıda oteldə meyit tapılıb.

BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən ooteldə qeydə alınıb.

Otelin otaqlarından birində Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramovun meyiti aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.