Kəlbəcər sakini Gəncədə bədbəxt hadisə nəticəsində ölüb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib.

1964-cü il təvəllüdlü Bəhram Aslanov tut ağacından yıxılaraq, hadisə yerində vəfat edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.