Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İyunun 16-da ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.