Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
BUTA.TV xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbə sakini 1964-cü il təvəllüdlü Fərrux Əhməd oğlu Cavadov evində elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.