Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri vəzifəsindən ayrılan Yalçın Niftiyevin yeni işi bəlli olub.

BUTA.TV Unikal.az-a istinadla xəbər verir ki, işdən çıxan departament müdiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifəyə təyin olunub.

Belə ki, Y.Niftiyev SOCAR vitse-prezidentinin müavini təyin edilib.