Zaqatalada qətl törədilib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qımır kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 58 yaşlı Kamran Məhərrəmovu bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.