Səudiyyənin strateji neft kəməri vurulub? - Video
Peyk görüntüləri Səudiyyə Ərəbistanının Mədinə şəhərindən cənub-şərqdə yerləşən "Şərq-Qərb” neft kəməri boyunca təxminən 100 kilometr uzanan güclü tüstü dumanını və davamlı istilik anomaliyaları qeydə alıb.
BUTA.TV xəbər verir ki, NASA-nın yanğınlarla bağlı məlumatlarına əsasən, neft kəməri dəhlizi boyunca bir neçə yerdə gücü 70 MVt-dan çox olan və bir neçə saat davam edən istilik siqnalları qeydə alınıb.
Bu göstəricilər adi məşəl yanmasının həcmindən xeyli çoxdur.