Krasnodar diyarının Anapa şəhərindəki “Utriş” qoruğunda baş verən yanğın quru və küləkli hava səbəbindən 10 hektara çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə şəhərin meri Svetlana Maslova deyib.

O bildirib ki, yanğının söndürülməsinə müvafiq qurumların əməkdaşları və könüllülər cəlb edilib.

Küləkli hava şəraitindən dolayı yanğının söndürülməsi çətinləşir.