Yəmən Hərbi Hava Qüvvələri Qırmızı dəniz sahilində yerləşən strateji əhəmiyyətli Muxa liman şəhəri yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirməyə başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı qüvvələrinin Muxada hava limanına zərbələr endirdiyi barədə informasiya yayılmışdı.