İrlandiya 2027-ci ildə "Avroviziya" musiqi müsabiqəsində iştirak etməyəcək və İsrailin iştirakına görə onu yayımlamayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə İrlandiyanın ictimai yayım şirkəti RTE məlumat yayıb.

"RTE "Avroviziya-2027"də iştirak etməyəcək və onun yayımından imtina edəcək", - bəyanatında qeyd olunub.

Şirkət nümayəndələri izah ediblər ki, bu qərar Qəzza zolağında davam edən humanitar böhranla əlaqədardır.