İtaliya hökuməti məktəblərdə burqa və niqabları qadağan edəcək və siniflərdə əcnəbi tələbələrin sayını məhdudlaşdıracaq qanun layihəsi hazırlayır.

BUTA.TV xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni deyib.

O bildirib ki, hakimiyyət inteqrasiya ilə bağlı ciddi çətinlik yaşayan xarici məktəblilərin valideynlərini italyan dilini öyrənməyə məcbur etmək niyyətindədir.