Ed Sheeran “Fələstinə azadlıq” ifadəsindən sonra ilk dəfə açıqlama verib
İngilis müğənni Ed Sheeran, repçi Macklemore'un səhnədə Fələstin yönlü açıqlamalar etməsi səbəbindən turdan çıxarılmasından sonrakı ilk konsertində "səhvlər" etdiyini söyləyib və pərəstişkarlarından üzr istəyib.
BUTA.TV xəbər verir ki, bunu Sheeran ABŞ-ın Philadelphia şəhərindəki konsertində bildirib.
"Karyeram boyu heç bir şəkildə siyasi şərh verməməyə çalışmışam, çünki musiqimin və şoularımın parçalanma yox, birlik haqqında olmasını istəyirəm. Ancaq bu insani bir məsələdir və bu barədə hisslərimi artıq gizlədə bilmirəm" — deyə müğənni bildirib.
Sheeran, 7 oktyabr 2023-cü ildə İsraildə baş verənləri "dəhşətli" adlandırıb, Qəzzadakı vəziyyəti isə "fəlakət xarakterli, haqlı göstərilə bilməyən və qeyri-mütənasib" kimi qiymətləndirib. Onun sözlərinə görə, Macklemore'un kadrdan çıxarılması qərarı özü tərəfindən yox, menecerləri tərəfindən verilib.
Mübahisə Macklemore'un konsertdə Fələstin yönlü nümayişçilərə həsr olunmuş mahnı ifa etməsi, Qəzzada baş verənləri "soyqırım" adlandırması ilə başlayıb. Bundan sonra bəzi konsert məkanları təşkilatçılara Macklemore'un tur proqramından çıxarılması üçün təzyiq göstərib.
Mübahisə səbəbindən "Loop Tour"un ABŞ mərhələsinin qalan hissəsində bilet qiymətləri kəskin aşağı düşüb, bəzi biletlərin qiyməti 32 dollara qədər enib.
Deputat: “Çox yaxşı şeydir “ChatGPT”