Xəzər dənizində təlimlər zamanı 19 Qazaxıstan hərbçisi dənizə düşüb, onlardan 9-u həlak olub.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Üç hərbçi xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir. Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər iştirak edir”, - məlumatda qeyd edilib.

Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR