Dünən məğlub oldu, bu gün qovuldu
Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi, fransalı mütəxəssis Villi Sanyol vəzifəsindən ayrılıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Məlumata görə, 2021-ci ildən etibarən yığmaya rəhbərlik edən Sanyol komanda ilə tarixi uğura imza ataraq, millini 2024-cü il Avropa çempionatının (AÇ-2024) final mərhələsinə çıxarıb.
Gürcüstan yığmasının yeni çalışdırıcısı postuna Ramaz Svanadze gətirilib. O, 2028-ci ilin sonunadək bu vəzifəni icra edəcək. Yeni təyinatına qədər Svanadze gənclərdən ibarət yığmaya baş məşqçilik edib və komandanı iki dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.
Qeyd edək ki, sentyabrın 25-də UEFA Millətlər Liqası çərçivəsində keçirilən görüşdə Gürcüstan yığması öz meydanında Şimali İrlandiya komandasına 0:1 hesabı ilə məğlub olub.
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO