16:29

Rusiyanın Amur vilayətinin Krasnoyanovo kəndində Tu-154 hərbi təyyarəsi qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində təyyarədə olan 7 nəfərdən 6-sı ölüb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qəzaya təyyarənin yanacaq çəninin partlaması səbəb olub.

***

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarə Tu-95 MS bombardmançısı olub.

Bildirilib ki, təyyarədə döyüş sursatı olmayıb.

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı “Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı