Biləsuvar rayonunda qətl hadisəsi olub.

“BUTA.TV” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Soltanlı Milan Loğman oğlu bıçaqlanıb.

O, aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisədə onun xalası oğlu Mehdiyev İlkin Anar oğlu şübhəlidir.

Əldə etdiyimiz məlumata görə, əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu? Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu?