AB Ermənistan mallarına gömrük rüsumunu ləğv etdi
AB Ermənistan mallarına müvəqqəti ticarət imtiyazları verən sənəd imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Avropa Parlamentinin sədri Roberta Mezzola və İrlandiyanın Avropa işləri və müdafiə naziri Tomas Birn Ermənistan malları üçün müvəqqəti ticarət güzəştləri müəyyən edən qanunvericilik aktını imzalayıblar.
Qayda iki il müddətinə geniş çeşiddə Ermənistan mallarına gömrük rüsumlarının ləğvini nəzərdə tutur. Güzəştlər emal olunmuş kənd təsərrüfatı məhsulları, tekstil və ayaqqabı da daxil olmaqla, 300-dən çox məhsul qrupuna şamil edilir. Sənəd həmçinin AB istehsalçıları üçün təhlükəsizlik mexanizmlərini müəyyən edir.
Qayda AB-nin rəsmi jurnalında dərc olunacaq və dərc olunduğu gündən sonrakı gün qüvvəyə minəcək.
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib