AP-dən Gürcüstana sərt xəbərdarlıq: Sanksiya tələb edildi
Avropa Parlamenti oktyabrın 8-də Gürcüstanla bağlı qətnamə qəbul edib.
BUTA.TV xəbər verir ki, “Hakim Gürcü Arzusu Partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı qətnaməni 445 deputat dəstəkləyib, 37 deputat əleyhinə səs verib, 97 deputat isə bitərəf qalıb.
445 deputatın dəstəklədiyi qətnamədə Gürcüstan hakimiyyətinin müxalifət partiyalarını qadağan etmək cəhdləri pislənib, siyasi məhbusların azad edilməsi tələb olunub. Mixail Saakaşvili, Yelene Xoştariya, Mzia Amağlobeli, Nika Melia və Georgi Baramidze siyasi məhbus olaraq vurğulanıb. Dinc etirazlara görə saxlanılanların da azad edilməsi istənilib.
Qətnamədə Avropa Birliyinə və təşkilata üzv dövlətlərə Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tiflis meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alıb.
“Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...”