Atamın gerçəkləşən dörd proqnozu... - Jirinovskinin qızı
Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri Vladimir Jirinovskinin nikahdankənar qızı Anastasiya Botsan-Xarçenko atasının tam dəqiqliklə gerçəkləşən dörd proqnozunu sadalayıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə TASS-a açıqlamasında bildirib.
Botsan-Xarçenko Jirinovskinin Rusiyanın Şərq və Qlobal Cənub ölkələrinə yönəlməsi, NATO-nun postsovet məkanındakı fəaliyyəti, Rusiya-Ukrayna münaqişəsi və Rusiyanı təcrid etmək cəhdləri barədə proqnozlarının düz çıxdığını vurğulayıb:
“1990-cı və 2000-ci illərdə Jirinovski Moskvanın Qərblə əməkdaşlıq siyasətini tənqid edirdi. O, Şərq və Cənub ölkələrində hərbi müttəfiqlər və iqtisadi tərəfdaşlar axtarmağa çağırırdı. Jirinovski NATO-nun Rusiya ilə qarşıdurmada Baltikyanı ölkələr, Qafqaz, Orta Asiya və Moldovadan istifadə etməsi barədə xəbərdarlıq etmişdi. Jirinovski həmçinin Qərbin Yuqoslaviya ssenarisinə bənzər Rusiya-Ukrayna münaqişəsini qızışdıracağını və bunun Ukrayna ilə həmsərhəd olan Rusiya bölgələrinə təsir edəcəyini proqnozlaşdırmışdı”.
Botsan-Xarçenko həmçinin atasının Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdləri ilə bağlı proqnozlarından da bəhs edib:
“Xüsusilə, Jirinovski rus dilinə qadağa qoyulacağını, rus idmançıların təcrid olunacağını və diplomatik əlaqələrin kəsiləcəyini proqnozlaşdırmışdı. Jirinovskinin Yaxın Şərqdə artan gərginlik və ABŞ-la Venesuela arasında qarşıdurma ilə bağlı proqnozları da özünü doğrultdu”.
Qeyd edək ki, Vladimir Jirinovski 2022-ci ilin aprelin 6-da Moskvada ölüb.
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib