İstanbulda bina çökdü: ölənlər var - Video
Video
09:08
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda 7 mərtəbəli yaşayış binası çöküb.
BUTA.TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir.
Onların axtarış-xilasetmə işlərinə başlanıb.
Hadisə nəticəsində ölənlərin olub-olmadığına dair məlumat paylaşılmayıb.
Maltəpədə ilk 3 mərtəbəsi çökən binanın dağıntıları altından 1 nəfərin meyiti çıxarılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, xilasetmə qrupları dağıntılar altından 10 nəfəri xilas edib, 3 nəfərin axtarışı isə davam etdirilir.
Maltəpədə 7 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Hazırda iki nəfərin axtarışlarının davam etdirildiyi bildirilib.
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib