Ukrayna “Yandeks”in data mərkəzini vurdu - Video
Video
Rusiyanın Ryazan vilayətinin Sasovo şəhərində “Yandeks”in data mərkəzinin yerləşdiyi “Sasta” dəzgahqayırma zavoduna PUA zərbələri endirilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Astra” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisində yanğın başlayıb. “Yandeks” isə elektrik enerjisi ilə bağlı problemlər səbəbindən “Cloud” xidmətinin işində fasilələrin yarandığını açıqlayıb.
Yerli hakimiyyət orqanları hücumun nəticələri barədə heç bir məlumat verməyib.
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib