“Prezident Donald Tramp 8 avqust 2025-ci ildə ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında tarixi rol oynayıb”.

“BUTA.TV” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

“Sülh prosesinə verdiyi böyük töhfənin tanınması olaraq, Azərbaycan və Ermənistan mənim təşəbbüsümlə Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstəriblər.

Səmimiyyətlə ümid edirik ki, Prezident Trampın regionumuzda davamlı sülhün təmin edilməsi üçün etdiyi tarixi səylər builki Nobel Sülh Mükafatı qərarında layiqincə qiymətləndiriləcək”, - paylaşımda qeyd olunub.

“Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...” “Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...”