Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi
BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) ölümü ilə bağlı cinayət işi açılmayıb.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
“Xeyr, bu hadisə ilə bağlı cinayət işi açılmayıb, aradırma aparılır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Nəriman Süleymanov 18 noyabrda özünə qəsd edib. O, sosial şəbəkələrdə tələbələrinə qarşı cinsi qısnamada ittiham olunduqdan sonra bu addımı atıb.
Bakıda bu ərazilərə avtomobillə giriş pullu olacaq - Video