Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi
Yeni Konstitusiyanın qəbulundan sonra biz təkcə sülh sazişi imzalamayacaq, həm də möhkəm sülhə nail olacağıq.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Xalq yeni Konstitusiyanın əleyhinə səs versə, istefa verəcəyəm. Lehinə səs verərsə, növbəti seçkilərdə baş nazir vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm. Ermənistanın xarici siyasətinin məqsədi sülhün təmin edilməsidir və bu, mühüm əhəmiyyət daşıyan sənəddir. Bəli, bu sənəd 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsini, yəni münaqişə məntiqini rədd edir. Müxalifəti yeni Konstitusiya layihəsinin referenduma çıxarılması ilə bağlı qərarı dəstəkləməyə çağırıram ki, ümumxalq səsverməsini keçirə bilək”, – o bildirib.
Paşinyan qeyd edib ki, bu gün Ermənistanda ədalət mühakiməsi etibarlı deyil:
“Etiraf edim ki, məhkəmənin sabah oğruları və ya korrupsionerləri hansı qərarla azad edəcəyini bilmirəm. Xalqın etimadını qazanmış hökumətə baxmayaraq, hazırkı Konstitusiyanın himayə etdiyi kriminal-oliqarxik ədliyyə sistemi nəticəsində çoxsaylı quldur və qatil hələ də azadlıqda qalır. Bu Konstitusiyanın məqsədlərindən biri ədliyyə sistemini oliqarxiyanın əsarətindən xilas etmək və onu xalqa qaytarmaqdır”.
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə