İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərərçəkən "Toyota" markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.

Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.

Araşdırma aparılır.

Həmin qəzada ölən aparıcı sərnişin olub - Foto Həmin qəzada ölən aparıcı sərnişin olub - Foto