İqtisadi fəlakətin yaxınlaşdığını hiss edən Putin öz kozırını işə salıb. O, Ukrayna ordusunun neft emalı zavodlarına endirdiyi zərbələrin dayandırılması istiqamətində lobbiçilik etməsi üçün Trampı cəlb edib. Bu onun nə qədər ağır təzyiq altında olduğunu göstərir.

BUTA.TV xəbər verir ki, bunu “Novoye Vremya” qəzetinin jurnalisti İvan Yakovina deyib.

“Məncə, indi neft emalı zavodlarına daha sərt zərbələr endirilməlidir. Həmin zavodların hamısını yerlə-yeksan edib yandırmaq lazımdır. Artıq Tramp mənim vecinə deyil: onsuz da uzun müddətdir ki, ondan heç bir kömək yoxdur, üstəlik, noyabr seçkilərindən sonra Demokratlar onun qanadlarını ciddi şəkildə qıracaqlar”, - jurnalist bildirib.

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video