İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general-mayor Möhsün Rzayi Amerika qoşunlarının İran qüvvələri tərəfindən məğlub edildikdən sonra İraqı tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə general-mayor “Mehr”ə müsahibəsində deyib.

Rzayinin sözlərinə görə, ABŞ İranla qarşıdurmada alçaldıcı məğlubiyyətə uğrayıb. O, həmçinin bildirib ki, keçmişdə ABŞ-dan daha güclü olanlar İranı fəth etməyə çalışıb, lakin sonda tarix səhnəsindən yox olub.

Rzayi iddia edir ki, artıq 30 milyondan çox iranlı “Canfəda” kampaniyasında qeydiyyatdan keçib. İştirakçılar Amerika təcavüzü halında silaha sarılmağa hazırdırlar.

Eyni zamanda, o, ölkənin diplomatik əlaqələrdən tamamilə imtina etməyəcəyini vurğulayıb. Buna baxmayaraq, Rzayi Tehranın əvvəlki diplomatik münasibətlər modelinə qayıtmayacağını da elan edib.

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video