Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü M.N. bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

“BUTA.TV” APA-ya istinadla xəbər verir ki, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.

Direktorun məlumatına əsasən, son 1 ay ərzində qız üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb.

Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib.

M.N. hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.





“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil