İki ölkə sərhədində insident: ölənlər var
Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tolo Nyus” məlumat yayıb.
Bildirilib ki, insident Yuxarı Kurram və Qozgərhi sərhəd bölgələrində olub.
Hadisə nəticəsində 7 pakistanlı hərbçi ölüb, 6-sı isə yaralanıb.
“Geo Nyus”un verdiyi məlumata görə, Əfqanıstana məxsus hərbi düşərgə məhv edilib və bir neçə əfqanıstanlı hərbçi öldürülüb.
Hazırda ərazidə atışmalar davam etsə də, onların intensivliyi azalıb.
Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır?