İran döyüşə tam hazırdır - Şeyx
İran Silahlı Qüvvələri tam döyüş hazırlığındadır və istənilən xarici çağırışın qarşısını almağa qadirdir.
BUTA.TV xəbər verir ki, bunu İran ordusunun komandan müavini Əlirza Şeyx bildirib.
Onun sözlərinə görə, ordunun ən müasir silah və avadanlıqlarla təchiz olunması ölkənin təhlükəsizliyini və suverenliyini heç bir narahatlığa əsas qalmadan təmin etməyə imkan verir.
Şeyx qeyd edib ki, xarici qüvvələr təşviş yaratmaq və İranı öz strateji mövqelərindən çəkindirmək məqsədilə təbliğat alətlərindən və informasiya müharibəsi mexanizmlərindən fəal şəkildə istifadə edirlər. Buna baxmayaraq, İran cəmiyyəti dözümlülük nümayiş etdirir və psixoloji təzyiq cəhdlərinə məhəl qoymayaraq seçdiyi kursu davam etdirir.
Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır?