Özbəkistan Prezidenti Şövkət Mirziyayev latın qrafikası əsasında özbək əlifbasının təkmilləşdirilməsi haqqında qanunu imzalayıb.

BUTA.TV xəbər verir ki, bunu Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyayeva deyib.

“Nəhayət, uzun illərdir davam edən tarixi səhv düzəldildi. Bu gün prezidentimiz latın qrafikası əsasında özbək əlifbasının təkmilləşdirilməsi haqqında qanunu imzalayıb. İndi bütün sənədlərimizi dəyişdirməli olacağıqmı? Qətiyyən yox. Biz xərcləri minimuma endirmək yolunu seçmişik: bütün qüvvədə olan sənədlər, milli valyuta və qiymətli kağızlar hüquqi qüvvəsini saxlayacaq. Dərsliklər, lövhələr və göstərici nişanları isə istifadə müddəti başa çatdıqca mərhələli şəkildə dəyişdiriləcək”, - o bildirib.

Qanuna əsasən, latın qrafikasına əsaslanan özbək əlifbası artıq 26 hərf və üç hərf kombinasiyası əvəzinə 28 hərf və bir apostrofdan ibarətdir.

General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - 10 ildən çox…