ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya Prezidenti Vladimir Putinin görüşü bir neçə gün öncədən razılaşdırılmışdı.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, görüşdə Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edəcək və Ukrayna məsələsi danışıqların əsas mövzusu olacaq.

Uşakov bildirib ki, ABŞ prezidentin kürəkəni Cared Kuşner xəstələndiyi üçün Rusiyaya səfərdən imtina edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Sankt-Peterburqda səfərdədir. Kuşner xəstələndiyi üçün ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşə onlayn qatılmışdı.

General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - 10 ildən çox…