Mirzoyan Ermənistana keçən çobandan danışdı
Bəzən belə hallar baş verir. Azərbaycanlı çobanın yolu azması mümkündür. Bununla belə, eyni hadisə bizim tərəfdə də baş verə bilər. Hər iki tərəf bu cür hallara konstruktiv yanaşır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı çobanın Ermənistan sərhədini keçməsi barədə məlumatı şərh edərkən deyib.
“Şəki hadisəsinə bənzər hallar da baş verə bilər. Bu məsələdə də tərəflərin kifayət qədər konstruktiv mövqe sərgilədiyini qeyd etmək lazımdır. Real həyatda belə halların baş verməsini istisna etmək mümkün deyil. Buna yalnız divar çəkilməsi şərti ilə son qoymaq olar. Ümid edirəm divar çəkmək əvəzinə, məsələlərin həlli üçün daha çox birgə addım atacağıq. Bilirəm bunun mənfi tərəfləri də var. Bəs nə etməliyik? Deyək ki, hər şeyi dayandırırıq, qapanırıq və yenidən münaqişəyə qayıdırıq? Bu, Ermənistan üçün ən yaxşı yol deyil”, - o bildirib.
General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - 10 ildən çox…