ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməklə Vladimir Putindən nəsə əldə edib. Çünki Tramp onu öz dostu hesab edir və Putinin ona yaxşılıq etdiyini düşünür.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton deyib.

“Putin isə Trampın belə düşünməsindən məmnundur, çünki indi onun Trampa xatırlada biləcəyi bir yaxşılığı var. Və bu, təhlükəlidir. Bunun nə olacağını bilmirik. Bunun nə vaxt baş verə biləcəyini də bilmirik, amma Tramp artıq Putinə borcludur. Bunu Putin qədər yaxşı anlayan yoxdur”, - o bildirib.

Bolton Tramp administrasiyasının Ukraynanı tamamilə tərk etməyə hazırlaşması fikri ilə razılaşmayıb:

“Tramp demək olar ki, bütün diqqətini noyabrın 3-də keçiriləcək aralıq seçkilərə yönəldib. Həmin seçkilər ərəfəsində Respublikaçılar Partiyasının vəziyyəti olduqca acınacaqlı görünür. Buna görə də Tramp administrasiyası inflyasiya, iqtisadi təhlükəsizlik və Fars körfəzindəki müharibə səbəbindən artan benzin qiymətləri kimi məsələlərə diqqət yetirirlər. Bu isə mühüm amildir. Tramp Rusiya dizel yanacağını almaqla “benzin qiymətlərini aşağı salmaq üçün addımlar atıram” mesajını verməyə çalışırdı”.

General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - 10 ildən çox…