Mansur Yavaşın prezidentliyə namizədliyini irəli sürməməsi ehtimalı yoxdur. O, geri çəkilə bilməz.

BUTA.TV xəbər verir ki, bunu Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Mansur Yavaşın baş müşaviri Fəramuz Üstün deyib.

“O özü hələ qərar verməyib, amma ictimaiyyət bunu istəyir. Məsələ onun nəzarətindən kənara çıxıb.

Mansur bəy deyir ki, o, vətənə xidməti hərbi xidmət kimi vətənpərvərlik vəzifəsi olaraq görür. Əgər vətəndaşlar ondan belə bir şey gözləyirsə, o, bunu hərbi vəzifə hesab edəcək. Vətənpərvər insan heç vaxt hərbi xidmətdən yayınmaz.

Yavaş həmçinin AKP seçicilərindən də dəstək ala bilər”, - o bildirib.

Qeyd edək ki, Mansur Yavaş Türkiyənin ən nüfuzlu siyasətçilərindəndir və prezidentliyə 3 real namizəddən biri hesab olunur.

General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - 10 ildən çox…