Azərbaycanlıların olduğu gəmiyə hücum... – Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Qara dənizdə göyərtəsində Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu mülki gəmiyə endirilən zərbəyə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə X şəbəkəsində yazıb.
“Rusiyanın Qara dənizdə gərginliyi növbəti dəfə artırmasından dərin narahatlıq keçirirəm. Bu məsuliyyətsiz hücumlar günahsız insanlara qarşı yönəlib və beynəlxalq hüququ açıq şəkildə pozur”, – o bildirib.
Leyen həlak olan dənizçinin yaxınlarına başsağlığı verib. Onun sözlərinə görə, daha üç ekipaj üzvü itkin düşmüş hesab olunur.
Qeyd edək ki, sözügedən gəminin göyərtəsində 10-u ukraynalı, 3-ü Azərbaycan vətəndaşı olmaqla, 13 nəfər olub.
10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"